Mercedes-in sükanı sual altındadır

Lyuis Həmilton və yeni Mercedes-in sükanı Barselonada sınaqların ikinci günü paddokda diqqət mərkəzində olub.

F-1.az bildirir ki, Lyuisin başı üzərində qurulmuş kameradan yayım zamanı aydın görünüb ki, sürücü düzlüyə çıxdıqda sükan çarxını özünə tərəf çəkib və bu da ön təkərlərin bucaqlarının dəyişməsinə səbəb olub. Döngəyə girməzdən əvvəl sükan çarxı əvvəlki vəziyyətinə qayıdıb. Bu zaman sükan üzərindəki ekranda “MARKER” əmri görünüb.

Mercedes-dəki bir mənbə bu texniki elementin hələ test rejimində olduğunu söyləyib və bildirib ki, komanda yarış zamanı da bu yenilikdən istifadə etmək əzmindədir, amma burada belə bir qərarın qanunauyğunluğu və texniki qaydalara uyğunluğu ortaya çıxıb.

Bununla birlikdə Almaniyanın nüfuzlu Auto Motor und Sport dərgisinin mütəxəssisləri hesab edirlər ki, təkərlərin vəziyyətini hərəkət zamanı dəyişmək təkərlərin temperaturu ilə daha effektiv işləməyə imkan verir. Racing Point komandasının texniki direktoru Əndi Qrin hesab edir ki, bu qərar reqlamentə uyğundur: “Videoda gördüyümüz kimi bu yenilik sükan hissəsidir. Qaydada deyilir ki, sürücü sükandan istifadə edərək ön təkərlərin vəziyyətini dəyişə bilər. Hansı müstəvidə – qaydalarda dəqiqləşdirilməyib. ”

Maşındakı kameradan göründüyü kimi, Həmilton hər düzlükdə bu yenilikdən istifadə etmir. Yəqin ki, qısa düzlüklərdə bu yeniliyin effektlivliyi elə də çox deyil, amma düzlüklərlə zəngin olan traslarda yenilik hissolunacaq effekt verəcək. Maraqlısı budur ki, belə bir texniki yeniliyi nüsxələmək asan olmayacaq. Bənzər bir sistemi hazırlamaq üçün hətta böyük resursları olan komandaya altı ay vaxt lazım gələ bilər. Bəzi hallarda şassinin tamamilə yenidən qurulması tələb oluna bilər.

Cümə axşamı günortadan sonra Mercedes-in texniki direktoru Ceyms Əllisonun mətbuat konfransı planlaşdırılıb. Şübhəsiz ki, hamı ondan yeniliyin şərhini gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*