A.Prost haqqında film çəkiləcək

Dünən Kann kinofestivalında "Prost" filminin təqdimatı olub. Filmdə Formula1 üzrə dördqat dünya çempionu Alen Prostun həyatına, əzəli rəqibi Ayrton Senna ilə mübarizəsinə və erkən vəfat etmiş qardaşı Danielə yer verilib.

F-1.az bildirir ki, filmin rejissoru Jülyen Leklerdir. Filmin prodüseri Jülyen Madon Britaniyanın Screen İnternational nəşrinə bu barədə danışıb: “Film iki hissədən ibarətdir. İlk hissədə Alen və qardaşı Danielin münasibətləri barədə öyrənəcəyik. Danielin vəfat etdiyi dövr Ayrton Sennanın Formula1-də özünü sübut etdiyi vaxta təsadüf edir. Filmin davamı da iki barışmaz rəqibin – Alen və Ayrtonun mübarizəsindən bəhs edir. Onların rəqabəti və münasibətləri komanda yoldaşı olduqları vaxt pisləşib, lakin Prost karyerasını bitirdikdən sonra dostlaşıblar”.

Filmin büdcəsi 17 milyon avro olacaq və Fransanın hüdudlarından kənarda olan TF1 Studio tərəfindən təqdim ediləcək. Təqdimat mərasimində Alenin özü də iştirak edib. Onu filmdə Giyom Gui canlandıracaq. Senna rolunu oynamaq üçün bir neçə namizədlə danışıqlar aparılır, lakin filmin yaradıcılarının seçimi hələ müəyyənləşməyib. Sürücünün iki həyat yoldaşını kimin canlandıracağın isə məlumdur – bir çox filmdə oynamış ukraynalı aktrisa Olqa Kurilenko və fransız Anni Jirardo.

Avqustda Manyi Kur trasında başlayacaq çəkiliş prossesinin 13 həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Filmin 2018-ci ilin mayında təqdim ediləcəyi bildirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*