A.Prost: “Həmiltonun təhlükəli rəqibləri var”

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bildirib ki, Həmilton gənc sürücülərdən - Ferstappen və Leklerdən qorxmalıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2014-cü ildən bəri 60-dan çox yarış qazanıb. Lakin keçən il bəzi yarışlarda Lekler və Ferstappenə qarşı çətinlik yaşamışdı.

Alen Prost: “Hazırda ən güclü və hərtərəfli sürücü Həmiltondur. Çox təcrübəlidir və ən güclü komandada yarışır. Lakin Maks Ferstappenlə Şarl Lekler onun ən böyük rəqibləridir. Ferstappen emosiyaları idarə etməlidir. Bəzən ötmə edərkən sakitliyini və soyuqqanlılığını qoruya bilmir. Bu cəhətdən özünü düzəltsə, məğlubedilməz olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*