M.Ferstappen: Mercedes-dən zəif idik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, həftəsonu ərzində Mercedes-dən zəif olublar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Hunqarorinqdə favorit olaraq görünsə də, poul qazanan Həmiltondan 0.4 saniyə geridə qalaraq, 3-cü olub.

Maks Ferstappen: “Deyəsən bu həftəsonu bir az geridə qaldıq. Eyni hal sıralanma turunda da yaşandı. Bunu istəməsək də, üçüncü yerdə olmaq da yaxşıdır. Görək nə olur.

Soft təkərlərlə yarışa başlayacağıq və fərqli olacaq. Bu təkərlərlə asfaltla ilişmə daha yaxşı idi. Yarışda hava isti olacaq və buna görə də Soft təkərlər tez yeyiləcək. Ancaq startda bizə fürsət yarana bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*