T.Volff: Bottas bizim üçün vacibdir

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Valtteri Bottas Mercedes üçün çox vacibdir.

F-1.az xatırladır ki, Valtteri Bottas bu il 11 yarışda 6 dəfə podiuma yüksəlsə də, əksəriyyət onun performansından narazıdır. Bəzi iddialara görə finlandiyalı sürücü Mercedes-də son mövsümünü keçirir və növbəti mövsümdə onu gənc Corc Rassell əvəz edəcək.

Toto Volff: “Məncə, Bottas barədə pis söz demək doğru olmaz. Monakoda ikinci yeri tutmalı idi, amma doğrudan da bəxti gətirmədi. Onu məyus etdik. Əgər komanda yoldaşınız 7 qat Dünya Çempionudursa və 100 yarış qazanıbsa, işiniz çətindir. Valtteri əsl komanda oyunçusudur. O, çoxlu yarış qazanıb və 53 podium qazanıb. Bu, vacib statistikadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*