T.Nakaqami: Qorxdum

LCR honda komandasının sürücüsü Takaaki Nakaqami bildirib ki, Mark Markesin qəzası onu qorxudub və Almaniyada bütün yarış ərzində balans problemi yaşayıb.

F-1.az xatırladır ki, Almaniya yarışı həm Markes, həm də Honda üçün kabus kimi olub. Aleks Rins və Xoan Mir İtaliyada zədələndikləri üçün Almaniyada Honda-nı Markes və Nakaqami təmsil edib. Lakin Markesin zədələnib yarışdan çəkilməsi ilə yaponiyalı sürücü Almaniyada Honda-nı təmsil edən yeganə sürücü olub. O, yarışı 14-cü yerə bitirib.

Takaaki Nakaqami: “Çox çətin həftəsonu idi. Heyif ki, qızdırma dövrələrindən sonra sadəcə 1 honda sürücüsü qaldı. Qızdırma dövrəsində Markın arxasında idim və qəzanı gördüm. Onu deyə bilərəm ki, elə də sürətli deyildi. Apeksi qaçırmadı və trayektoriyası yaxşı idi. Sadəcə arxa tərəfi itirdi. Bunu görəndə sözün düzü qorxdum, çünki eyni motosikleti sürüdüm. Bir neçə dəfə eyni şeyi hiss etdim. Yarışda qəza etməsəm də, bir neçə dəfə yaxın idim.

Bir söz demək çətindir. Ancaq Almaniyada həll yolu tapa bilmədik. Ön tərəf davamlı bloka düşürdü. Arxa tərəf balanslı deyil. Motosiklet davamlı silkələnir və limitdə sürəmmirəm. Buna görə də ayağımı qazdan çəkib, damalı bayrağa çatmaq barədə düşündüm. Məndə zədələnsəm, Honda yarışlara çıxa bilməyəcək.

Hazırda inkişaf etmək üçün əlimizdə məlumatlar var. Problemin harada olduğunu və harada təkmilləşəcəyimizi anlayacağıq. Assenə qədər vaxtımız azdır. Ancaq yay tətilindən sonra bəzi şeylər dəyişə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*