A.Rinzin motosikletinin rəng çaları təqdim olunub

LCR Honda komandası Aleks Rinzin yarışacağı rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2017-ci ildə idmanda debüt etdikdən sonra ancaq Suzuki-də yarışmışdı. Lakin yaponiyalı istehsalçı 2022-ci ilin sonunda idmandan getdikdən sonra Rins LCR Honda komandası ilə ikiillik müqavilə bağlayıb. Onun komanda yoldaşı Takaaki Nakaqami olacaq.

LCR komandası 2018-ci ildən sonra iki sürücü üçün fərqli rəng çalarları seçir. Buna görə də tezliklə Naqakaminin də motosikletinin rəng çaları təqdim ediləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*