A.Rins ağlayıb

Suzuki komandasının sürücüsü Aleks Rins bildirib ki, peletonda ağlayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa beşinci yerdən başlasa da, startda liderliyə yüksəlib və yarışı qazanıb. Bu, eyni zamanda Suzuki-nin MotoGP-dəki son yarışı idi. Beləliklə, Rins yaponiyalı istehsalçının qələbə ilə getməsinə nail olub.

Aleks Rins: “Mövsümü belə bitirmək əla oldu. Suzuki idmandan ayrılır və bundan yaxşısı ola bilməzdi. Yarışın startından sona qədər üstün olsam da, nəzarət etmək çətin idi. Sıralanma turunda beşinci olaraq yaxşı nəticə qazanmışdıq. Bu gün də səhvsiz sürdüm.

Lakin emosiyalarıma görə yarışa köklənmək çətin idi. Peletonda motosikleti və mexanikləri görəndə özümü saxlaya bilmədim və ağladım. Bütün hisslərim üzə çıxdı. Mexaniklərlə sağollaşırdım və ağlayırdım. Sonra öz-özümə dedim ki, məni yarış gözləyir.

Daha sonra yaxşı start aldım və ilk döngədə liderliyi aldım. Xorxe Martin sürətli idi. Bred Binder də sonlara doğru mənə çatdı. Səhv edə bilməzdim və təkərlərə nəzarət etməli idim.

Suzuki olaraq qələbə qazana biləcəyimizi göstərdik. Heyif ki, dördüncü yarışdan sonra idmanda getmək qərarına gəldilər. Yarışda əlimdən gələni etdim və işə yaradı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*