F.Kuartararo: Əlimdən gələni etdim

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Valensiyada qələbə şansı olmayıb.

F-1.az xatırladır ki, fransalı sürücü son yarışa lider Banyayadan 23 xal geridə başlamışdı. Valnesiya yarışına 4-cü yerdən başlayan 25 yaşlı Kuartararo startda iki Ducati pilotu ilə mübarizə aparsa da, sonradan Markesin və Millerin yıxılamsına baxmayaraq, yarışı 4-cü yerdə bitirərək titulu əldən verib.

Fabio Kuartararo: “Yaxşı tempimiz var idi. Ön qrupa çatırdıq. Lakin Cek ikinci döngədə gec əyləndiyi üçün döngəyə geniş trayektoriya ilə girməli oldum. Pekko ilə təmas edəndə limitlərdə idim. Əslində bütün yarış ərzində limitlərdə idim.

Buna baxmayaraq, peşman deyiləm. Əlimdən gələni etdim. Çempionluğu belə itirəndə özünüzü nikbin hiss etməlisiniz. Stəkanın 99 faizi boş olsa belə…

Dolu olan bir faizi dəyərləndirəcəm. Növbəti mövsüm üçün çox işləyəcəm və daha güclü sürücü olacağam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*