F.Kuartararo: Böyük qəzalar olacaq

Yamaha komandasının sürücüsü Fabio Kuartararo düşünür ki, sprint yarışlarında çox qəzalar olacaq.

F-1.az xatırladır ki, MotoGP tarixinin ilk sprint yarışı Portuqaliyada keçirilib. Yarışın ilk döngəsində Mir ilə Fabio Kuartararo, 2-ci dövrəsində isə Bastyanini ilə Marini təmas yaşayıblar.

Fabio Kuartararo: “Sprint yarışını heç sevmədim. Tezliklə böyük qəza olacaq. Biz bir-birnə toxunanda problem yaşanmayan maşınlarda yarışmırıq. Maşında yarışmaq daha təhlükəsizdir.

Sprint yarışında çox geridə idim və buna görə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Yaxşı ki, nəsə olmadı, ancaq bizi daha 20 sprint yarışı gözləyir.

Aqressiv ola bilərik. İlk yarış pis keçmədi. Sadəcə Marini və Bastiyanini qəza etdilər, amma gələcəkdə daha çox qəzalar olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*