A.Rins Assendə yarışmayacaq

LCR Honda komandasının sürücüsü Aleks Rins bu həftəsonu Assendə yarışmayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mucelloda qəza etmiş və ayağını qırmışdı. Buna görə də İtaliya və Almaniya yarışlarını buraxmalı olmuşdu. Onun Assendə yarışıb-yarışmayacağı müəmmalı idi və artıq hər şey dəqiqləşib Aleks Rins də Niderland yarışını buraxmalı olacaq. Onu Honda-nın test sürücüsü Ştefan Bradl əvəz edəcək.

Qeyd edək ki, Aleks Rins bu il Amerika yarışını qazanıb və Honda-nın bumövsümkü yeganə qələbəsinə imza atıb. Həm də Ducati motosikletlərindən başqa bir motosikletdə yarış qazanan yeganə sürücüdür. O, builki 7 yarışın 5-ə qatıla bilib və binlardan topladığı 47 xalla hazırda 13-cü yerdədir. Bu siə Honda sürücüləri arasında ən yaxşı ikinci nəticədir.

Honda sürücüləri demişkən, Mark Markesin adı iştirakçı ərizəsinə salınıb. Qeyd edək ki, o da sonuncu yarışı qızdırma dövrəsində etdiyi qəzaya görə buraxmalı olmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*