A.Rins: Honda-nın motosikletini sürmək çətindir

LCR Honda komandasının sürücüsü Aleks Rinz bildirib ki, Honda-nın motosikleti öyrəşmədiyi reaksiyalar versə də, çox pis deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü daha əvvəl Suzuki komandasında çıxış edirdi. Lakin yapon təmsilçisinin idmandan ayrılması ilə o LCR Honda komandasına keçib.

Noyabr ayında mövsümsonu testlərində Honda motosikletini ilk dəfə Rins protokollarda 20-ci yeri tutub və liderə 1.1 saniyə uduzub.

Aleks Rins: “Honda barədə ilk dəfə mətbuata danışıram. Həyatımda yeni səhifə açdım və çox xoşbəxtəm. İlk testimdə qarışıq hisslər yaşadım. Motosiklet Suzukidən çox fərqlidir. Ancaq o qədər də bərbad deyil.

Motosikeltin reaksiyası çox çətin idi. Qazın qüvvətlə və arxa təkərlərlə əlaqəsi çox tezdir. Həmişə yüksək qüvvətlə sürməyi bacarmalısınız. Sözün açığı, öyrəşə bilmədim.

Buna baxmayaraq motosikleti sevdim. Birinci yerdən 1.1 saniyə geri qalsam da, fiziki cəhətdən çətinlik çəkmədim. Motosikelti sürmək asan deyildi. Lakin bütün motosikletlərin öz çətinlikləri var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*