Stüardlar N.Rosberqi cəzalandırmayıblar

Bəhreyn Qran Prisindən sonra yarışın stüardları yarış zamanı baş verən bir neçə insidenti araşdırdıqdan sonra qərara gəliblər ki, sürücülərdən heç […]

Bəhreyn Qran Prisindən sonra yarışın stüardları yarış zamanı baş verən bir neçə insidenti araşdırdıqdan sonra qərara gəliblər ki, sürücülərdən heç birini cəzalandırmasınlar…

Yarışın finişindən sonra stüardlar Niko Rosberqi, Lyuis Həmilton, Fernando Alonsonu və komandaların menecerlərini ofisə çağırıblar. Rosberqin əvvəl Həmiltonu, daha sonra isə Alonsonu trasdan çıxarması və Ferrari boksundan Alonsonun trasa təhlükəli çıxışı insidentləri nəzərdən keçirilib, videolara baxılıb, sürücülərin özləri dinlənib.

Bütün məlumatları nəzərə alan stüardlar qərara alıblar ki, heç kimi cəzalandırmasınlar. Autosport-un verdiyi məlumata görə, stüardlar hesab ediblər ki, Rosberq hər iki insidentdə düzxətli hərəkət edib, trayektoriyasını dəyişməyib və döngnin çıxışında rəqiblərdən heç biri almaniyalı sürücü ilə bərabərləşməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*