23 Sentyabr 2019, Bazar ertəsi - 06:55

Stefan GP Portimao testlərini təxirə salıb

Stefan GP Portimao testlərini təxirə salıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:56 - 25 Fevral, 2010

Stefan GP komandası Portuqaliyanın Portimao avtodromunda bu gün testlərə başlamalı idi, amma testlər təxirə salınıb, çünki komanda Bridgestone şirkətindən təkərlər […]

Stefan GP komandası Portuqaliyanın Portimao avtodromunda bu gün testlərə başlamalı idi, amma testlər təxirə salınıb, çünki komanda Bridgestone şirkətindən təkərlər ala bilməyib – bu barədə Britaniyanın Autosport avtosport saytı xəbər verib…

Təkər istehsalçısı yalnız Formula1 komandalarını təkərlərlə təchiz edə bilər və şirkətin bütün cari komandalarla müqaviləsi var, amma Stefan GP komandası çempionat iştirakçılarının siyahısında yoxdur. Şirkət komandanı GP2 seriyasında istifadı olunan təkərlərlə də təmin edə bilməyib. Amma Stefan GP komandasının başçısı Zoran Stefanoviç maşını Formula1 standartlarına uyğun olmayan təkərlərlə test etmək istəmir, ona görə də testləri təxirə salmaq qərara alınıb…

Zoran Stefanoviç: “Hələlik biz test keçirə bilmirik və bu məsələni həll etməyə çalışırıq. Bizim təkərlərimiz yoxdur, amma biz digər təkərlərdən istifadə etməyəcəyik, çünki bu təkərlər bizim maşına uyğun deyil və maksimum sürət yığmağa imkan vermir.

Baxaq görək necə olacaq, vəziyyətdən necə çıxacayıq, amma biz bu problemi həll etməliyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 284
Teqlər
Paylaş

logo