Cənubi Afrikanın idman naziri Gayton Makkenzi sosial şəbəkələrdə yazıb ki, Ruandada yarışın keçirilməsi Formula1-in Kyalami trasında təşkili planlarına heç cür mane olmayıb.
“Ruandaya və onun 2030-cu ildə Formula1 mərhələsini qəbul etmək planlarına görə sevinirik, – deyə Makkenzi yazıb. – Onlar bunun üzərində CAR-dan daha uzun müddət işləyiblər və yarışı keçirmək haqqını qazanıblar.
Eyni zamanda, xatırlatmaq lazımdır ki, təkcə İtaliyada mövsüm ərzində iki mərhələ keçirilib, buna görə də [Ruanda ilə bağlı] xəbərə elə reaksiya vermək lazım deyil ki, sanki 55 ölkədən ibarət bütöv bir qitə yalnız bir yarışa iddia edə bilər. CAR da Formula1-i qəbul edəcək, üstəlik bu, hətta 2030-cu ildən də tez baş verəcək”.





