16 Oktyabr 2019, Çərşənbə - 02:09

F.Massa Sennanın maşınını sürəcək

F.Massa Sennanın maşınını sürəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:26 - 12 Yanvar, 2016

Biz artıq yazmışdıq ki, Williams komandası illik Autosport İnternational şousunda aktiv iştirak edəcək – şou yanvarın 14-dən 17-dək Birmingemdə baş tutacaq…

Tədbir çərçivəsində bazar günü tamaşaçılar 1983-cü ilin Williams FW08C maşınının nümayiş yürüşünü də görəcəklər, maşını trasa komandanın hazırkı sürücüsü Felipe Massa çıxaracaq.

Bu maşının çox maraqlı bir tarixi var – 1983-cü ilin yayında Doninqton Parkda məhz bu maşının sükanı arxasında Ayrton Senna Formula1-də ilk testlərini keçirmişdi. Elə bu maşının sükanı arxasında həmin mövsümdə komandanın əsas sürücüsü Keke Rosberq Braziliyada poul, Monakoda isə qələbə qazanmışdı. Niko Rosberqin atası həmin mövsümü 5-ci yerdə başa vurmuşdu.

Nümayiş yürüşlərində 1996-cı ilin dünya çempionu Deymon Hill də iştirak edəcək – britaniyalı sürücü ona titul qazandıran Williams FW18-in sükanı arxasında oturacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 481
Teqlər , , , , , , ,
Paylaş

logo