Stefan GP komandasının starta çıxmayan maşını…

Toyota Motorsport keçənilki mövsüm üçün hazırladığı Toyota TF110 şassisinin fotoşəkillərini Serbiyanın Stefan GP komandasının rəng çalarlarında yayıb. Xatırladaq ki, yeni […]

Toyota Motorsport keçənilki mövsüm üçün hazırladığı Toyota TF110 şassisinin fotoşəkillərini Serbiyanın Stefan GP komandasının rəng çalarlarında yayıb.

Xatırladaq ki, yeni komanda bu maşınla çempionatda iştirak etmək istəyirdi, amam FİA bu layihənin başçısı Belqradlı biznesmen Zoran Stefanoviçin ərizəsinə imtina etmişdi. Əgər Stefan GP çempionatda iştirak etmək hüququ qazansa idi, komandanın maşınları Serbiyanın Olimpiya hərəkatının rəngində – tünd-qırmızı rəngdə olmalı idi…

Qeyd edək ki, şəkillərdə testlər üçün hazırlanmış şassi əks olunub, yarışlara isə komanda yeniliklər paketi hazırlayıbmış. Bu maşını Toyota Motorsport-un Kölndəki bazasında keçən ilin əvvəllərində Kazuki Nakacima sınaqdan keçirmişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*