21 Avqust 2019, Çərşənbə - 14:03

2018-ci ilin təkərləri daha fərqli olacaq

2018-ci ilin təkərləri daha fərqli olacaq

Müəllif: Elçin Zodorov, redaktor

12:28 - 10 Dekabr, 2016

Gələn mövsüm təkərlərin ölçülərində radikal dəyişikliklər olacaq – həm arxa, həm də ön təkərlərin eni 25% artacaq. Pirelli bu təkərləri keçən ilin bolidləri ilə test edə bildiyindən, onların hansı effekti verəcəyi hələ ki dəqiq deyil.

F-1.az xəbər verir ki, Pirelli-dən bildiriblər ki, 2018-ci ilin təkərlərinin gələnilkilərdən kəskin fərqlənəcək.

Mario İzola: “Düz istiqamətdə irəlilədiyimizi və inkişafı davam etdirməli olduğumuzu düşünürəm. 2018-ci ildə tamamilə yeni məhsullar təqdim edə bilərik. Gələn il yeni maşınlarla testlər edəcəyik və onda daha ciddi addımlar ata biləcəyik. Əbu Dabidəki testlərdə 100 fərqli prototipi sınaqdan keçirmişik. Əldə etdiyimiz nəticələrə görə gələn il barədə nikbin fikirdəyik. İnkişafdan məmnunuq və yeni maşınlarla əldə edəcəyimiz nəticələrə diqqət etməliyik. Biz çox işlədik – təkərlərin təkcə ölçülərini yox, həm də tərkiblərindən tutmuş hər bir şeyi yeniləməli olduq”.

Qeyd edək ki, Mercedes AMG, Red Bull və Ferrari komandaları növbəti ilin təkərlərini ümumilikdə 24 gün yoxlayıblar və 12000 km məsafə qət ediblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 500
Teqlər , , ,
Paylaş

logo