M.Şumaxerin insidentində yeni şahid peyda olub

Almaniyanın Der Spiegel qəzeti bu gün yazıb ki, dekabrın 29-da Mixael Şumaxerin Fransanın Alp dağlarında xizək sürərkən yıxılmasını bir nəfər […]

Almaniyanın Der Spiegel qəzeti bu gün yazıb ki, dekabrın 29-da Mixael Şumaxerin Fransanın Alp dağlarında xizək sürərkən yıxılmasını bir nəfər görüb və lentə alıb…

Qəzetin bildirdiyinə görə, Mixaelin yıxıldığı yerin bir neçə metrliyində Essen şəhərindən olan 35 yaşlı stüardessa smartfonuna rəfiqəsini çəkirmiş, elə bu zaman arxa planda bir nəfər xizəklə sürüşür, müvazinətini itirir və yıxılır. İlkin qiymətləndirməyə görə, yıxılan şəxsin sürəti 20 km/saatdan yüksək olmayıb.

Hazırda bu videoya da insidenti araşdıran polislər baxırlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*