Stefan GP: K.Nakacima və J.Vilnöv?

Stefan GP komandasının hələ çempionatda iştirak etmək hüququ yoxdur, amma serbiyalılar əllərindən gələni edirlər ki, layihələrinin ciddiliyini göstərsinlər. Alman mətbuatının […]

Stefan GP komandasının hələ çempionatda iştirak etmək hüququ yoxdur, amma serbiyalılar əllərindən gələni edirlər ki, layihələrinin ciddiliyini göstərsinlər. Alman mətbuatının bildirdiyinə görə, komandada çıxış edəcək sürücülərin adları da artıq bəllidir – əgər komanda maşınlarını Bəhreyn Qran Prisinin startına çıxara bilsə, onda sükan arxasında Kazuki Nakacima və 1997-ci ilin dünya çempionu Jak Vilnöv oturacaqlar, Karun Çandhok isə komandanın test və ehtiyat sürücüsü olacaq.

Nakacimanın namizədliyi heç bir şübhə doğurmurdu, Kazuki – Toyota şirkətinin gənclər proqramının iştirakçısıdır, Vilnövə gəlincə, şayiələrə görə, onun müqaviləsi çempionatda iştirak hüququ rəsmən əlfə edildikdən sonra imzalanacaq.

İndi serbiyalılar çalışırlar ki, FİA-dan icazə əldə etsinlər, faktiki olaraq, komandanın artıq personalı, maşınalrı və sürücüləri vardır. Növbəti addım isə gələn həftə komandanın Protimaoda keçirəcəyi testlər olacaq. Əgər komanda Bəhreynə buraxılarsa, onda Qran Pridən bir qədər əvvəl komandanın rəsmi təqdimat mərasimi planlaşdırılıb.

Hərçənd, özünün minibloqunda Çandhok bildirib ki, “Stefan GP ilə heç bir müqaviləsi yoxdur…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*