Komandalar FİA-nın xərclərini kompensə edəcəklər

Yarışların stüardlarının qərarları dəfələrlə tənqid atəşinə tutulub, bu qərarlar adətən insidentin videoyazısına baxdıqdan sonra qəbul olunurdu, videoyazıda hər şey aydın […]

Yarışların stüardlarının qərarları dəfələrlə tənqid atəşinə tutulub, bu qərarlar adətən insidentin videoyazısına baxdıqdan sonra qəbul olunurdu, videoyazıda hər şey aydın görünür, amma 2007-ci ildə FİA maşınlara GPS sisteminin bloklarını yerləşdirmişdi – bundan sonra sistem maşınların trasda beş metr dəqiqliyi ilə yerlərini müəyyən edirdi.

Bu mövsüm Formula1-də yeni ssitem debüt edəcək, indi stüardlar maşınların trasda yerlərini bir metr dəqiqliyi ilə təyin edə biləcəklər və bundan sonra məsələn, sarı bayraqlar altında ötmənin olması insidentini, pit-stopdan çıxarkən ağ xəttin tapdalanması hallarını asanlıqla görəcəklər.

Almaniyanın Auto Motor und Sport qəzeti yazır ki, yeni sistemin hazırlanması FİA-ya 750 min Avroya başa gəlib, bu məbləğ çempionatın 13 iştirakçısı arasında bərabər bölünəcək, hər komanda 60 min Avro ödəyəcək.

Maraqlıdır ki, bəzi komandalar bir neçə ildir ki, özlərinin hazırladıqları daha dəqiqliklə işləyən sistemlərdən istifadə edirlər, amma bu sistemlərin göstəriciləri rəsmi hesab olunmur və qərar qəbul edərkən arqument kimi istifadə oluna bilməz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*