L.Həmilton: Əylənməyə çalışacam

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sprint yarışında əylənəcək.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu sprint yarışının sıralanma turunda birinci sessiyada ələnib. O, 18-ci yeri tutub.

Əvvəlcə britaniyalı sürücünün nəticəsi silinib. Son cəhdində isə o, trafikə düşüb.

Daha əvvəl Red Bull Rinqdə iki dəfə qazanmış Lyuis Həmilton daha yaxşı yerdə ola biləcəyini desə də, yenə də nikbindir: “Zamanlama düzgün olmadı.

Onsuz da sprint yarışı elə də vacib deyil. Buna görə də bu yarışda arxadan başlayıb, əylənməyə çalışacağıq. Olan oldu. Buna görə çox narahat olmayacağam. Kaş mübarizənin içində olardım, amma alınmadı.

Komandaya deyəcək sözüm yoxdur. Sadəcə işimizə köklənəcəyik. Əlbəttə, daha yaxşı yerdə ola bilərdik, amma arxadan başlayıb, bir az əylənəcəm”.

Qeyd edək ki, Mercedes komandasının digər sürücüsü Corc Rassell də sıralanma turunda 3-cü sessiyaya keçə bilməyib. O, sprint yarışına 15-ci yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*