18 Avqust 2019, Bazar - 23:50

Albert Parkda bəzi dəyişikliklər olacaq

Albert Parkda bəzi dəyişikliklər olacaq

Müəllif: Elçin Zodorov, redaktor

10:23 - 06 Yanvar, 2017

Bu ilin maşınları dəyişilən reqlamentə görə daha sürətli olacaqlar və trasın rəhbərliyi bununla əlaqədar bəzi döngələrdə dəyişikliklər edəcək.

F-1.az FİA-nın məlumatlarına istinadən bildirir ki, Albert Parkda yeni maşınların sürətlərində yavaş döngələrdə orta hesabla 20 km/saat, sürətli döngələrdə isə 50 km/saat fərq olacaq. Əylənmə nöqtələri 20-30 metr irəliyə çəkiləcək, dövrəvi nəticələr isə 3-4 saniyə yaxşılaşacaq.

Yeni maşınlar sürətli olacaqları üçün trasın bəzi yerləri təhlükəli hesab edilib. Birinci, 6-cı və 14-cü döngələrdə təkərlərdən ibarət baryerlərdə dəyişikliklər ediləcək, 12-ci döngənin qarşısına isə TecPro xüsusi baryerləri quraşdırılacaq – bu baryerlərdən Albert Parkda heç vaxt istifadə olunmamışdı.

Trasın rəsmilərindən Kreyq Moka bildirib: “FİA simulyatordan əldə etdiyi nəticələrə əsasən bizə hansı baryerlərdən istifadə etməli olduğumuz barədə təlimat göndərib. İlk dəfə TecPro-dan istifadə edəcəyik. Bu köhnə bir tras üçün olduqca əlamətdar addımdır”.

TecPro baryerləri 80 metrlik məsafəni əhatə edəcək. Maşınların həmin hissədə 230 km/saat sürət yığmaları gözlənilir. Əgər orada maşın trasdan çıxarsa, baryerlər sürəti 129 km/saata qədər salacaqlar.

Qeyd edək ki, Avstraliya Qran Prisi martın 24-26-da baş tutacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 931
Teqlər , , ,
Paylaş

logo