21 Sentyabr 2019, Şənbə - 11:05

Avstraliya-2017: Tras və statistika

Avstraliya-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:26 - 23 Mart, 2017

Melburn Avstraliyanın böyüklüyünə görə ikinci şəhəri və Viktoriya ştatının inzibati mərkəzidir. Şəhər trası müvəqqəti xarakter daşıyır və şəhərin işgüzar mərkəzində salınmış süni göllərin sahilindəki yolları birləşdirir.

F-1.az xatırladır ki, Avstraliya Qran Prisi 1985-ci ildən keçirilir. İlk 11 il ərzində Adelaidada baş tutan yarış mövsümə son qoyurdu, 1996-cı ildən Melburna köçən yarış isə, adətən, mövsümə start verir. İki il əvvəl yarışın təşkilatçıları Qran Prinin keçirilməsi üzrə müqaviləni 2023-cü ilədək uzatdılar.

Yarış həftəsonu ərzində Albert Parka 300 mindən çox tamaşaçı baş çəkir, Qran Pri ilə bilavasitə və ya dolayı əlaqəsi olan yerli biznesin gəliri isə 39 milyon Avstraliya dolları həcmində dəyərləndirilir.

Melburn təqvimdə ən qonaqpərvər yarış keçirən şəhər sayılır – bir çoxları hesab edirlər ki, bu sahədə onunla yalnız Monreal rəqabət apara bilər. Biz isə əminik ki, bu sahədə Bakı elə birinci yarışdan liderliyi ələ alacaq. Avropadan uzaqlığına baxmayaraq, tamaşaçıların yarışı normal vaxtda izləməsi üçün start vaxtı axşama doğru çəkilib. Mövsümün ilk yarışı statusu həmişə bu yarışa maraq qatır.

 

TRASIN XARAKTERİSTİKASI

Tras kifayət qədər sürətlidir və aerodinamikaya tələbkar deyil. Müvəqqəti traslara xas olan çırk və toz üzündən asfaltla ilişmə həftəsonu ərzində xeyli yaxşılaşır, bu isə sazlanmalarla işi çətinləşdirir. Digər şəhər traslarında olduğu kimi, Albert Parkın asfalt örtüyü ideal deyil – asfaltda kifayət qədər kələ-kötür sahələr var.

Tras motorlara çox tələbkardır, motora düşən yüklənməyə görə tras yalnız Montsaya uduzur – dövrənin 66% hissəsində sürücülər qazı tam döşəməyə sıxırlar. Yavaş döngələrdən çıxışda daim sürətlənmələr olduğu üçün maşının idarəolunması və motorun dirsəkli valının dövriyyəsinin geniş diapazonda stabilliyi vacib rol oynayır.

Aerodinamika asfaltayatma qüvvəsinin orta-yüksəyə yaxın səviyyəsinə sazlanır – sazlanmalara görə tras Sepanq və ya Silverstounu xatırladır, həftəsonunun gedişində mühəndislər ənənəvi olaraq asfaltayatma qüvvəsi ilə sürət arasında kompromis axtarmaqla məşğul olurlar.

Albert Parkda dövrəni yaxşı keçmək üçün qaz pedalına maksimum həssas maşın olmalıdır, asılqanların sazlanması zamanı əylənmədə bərklik və stabilliyə nail olmaq lazımdır. Tras əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır.

Ötmək üçün ideal yer start düzlüyünün sonudur, bu düzlükdə sürücülər 300 km/saat sürət yığırlar və Jones döngəsində əylənmədə mövqe qazansalar, ikinci döngənin çıxışında mövqelərini möhkəmlədə bilərlər. Bu iki düzlükdə DRS-dən istifadə sahələri yerləşir, yeganə interval ölçmə nöqtəsi isə 14-cü döngənin girişindədir.

Ən maraqlı döngə isə 12-cidir – Waite döngəsinə 250 km/saat sürətlə girən maşın porebrikə hücum edərək daha sürətli sahəyə çıxır, kiçik səhv böyük vaxt itkisinə səbəb olur.

2016-cı ilin Avstraliya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu, yağışL.HəmiltonMercedes AMG1:29.725
2-ci sərbəst yürüşlərBuludlu, yağışL.HəmiltonMercedes AMG1:38.841
3-cü sərbəst yürüşlərGünəşli, quruL.HəmiltonMercedes AMG1:25.624
Sıralanma turuBuludlu, quruL.HəmiltonMercedes AMG1:23.837
Yarışda sürətli dövrəBuludlu, quruD.RikkardoRed Bull1:28.997

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Melburna UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.

Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Soft, 4 dəst SuperSoft və 7 dəst UltraSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.

 

Australian Grand Prix

 

STATİSTİKA

Hazırkı pilotların Avstraliya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton10110562
F.Alonso1410551
S.Fettel988351
K.Rəykkönen1468152
F.Massa14581
D.Rikkardo622
N.Hülkenberq720
K.Maqnussen3181
V.Bottas414
R.Qrojan59
S.Peres66
M.Eriksson34
K.Sayns24
D.Kvyat32
M.Ferstappen21
C.Palmer1
P.Verlyayn1
S.Vandorn
E.Okon
L.Stroll

 

Avstraliya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
20.03.2016MelburnL.HəmiltonMercedes AMGN.RosberqMercedes AMG
15.03.2015MelburnL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
16.03.2014MelburnL.HəmiltonMercedes AMGN.RosberqMercedes AMG
17.03.2013MelburnS.FettelRed BullK.RəykkönenLotus
18.03.2012MelburnL.HəmiltonMcLarenC.BattonMcLaren
27.03.2011MelburnS.FettelRed BullS.FettelRed Bull
28.03.2010MelburnS.FettelRed BullC.BattonMcLaren
29.03.2009MelburnC.BattonBrawn GPC.BattonBrawn GP
16.03.2008MelburnL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
18.03.2007MelburnK.RəykkönenFerrariK.RəykkönenFerrari
02.04.2006MelburnC.BattonHondaF.AlonsoRenault
06.03.2005MelburnC.FizikellaRenaultC.FizikellaRenault
07.03.2004MelburnM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
09.03.2003MelburnM.ŞumaxerFerrariD.KulthardMcLaren
03.03.2002MelburnR.BarrikelloFerrariM.ŞumaxerFerrari
04.03.2001MelburnM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
12.03.2000MelburnM.HəkkinenMcLarenM.ŞumaxerFerrari
07.03.1999MelburnM.HəkkinenMcLarenE.İrvaynFerrari
08.03.1998MelburnM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
09.03.1997MelburnJ.VilnövWilliamsD.KulthardMcLaren
10.03.1996MelburnJ.VilnövWilliamsD.HillWilliams
12.11.1995AdelaidaD.HillWilliamsD.HillWilliams
13.11.1994AdelaidaN.MənsellWilliamsN.MənsellWilliams
07.11.1993AdelaidaA.SennaMcLarenA.SennaMcLaren
08.11.1992AdelaidaN.MənsellWilliamsG.BergerMcLaren
03.11.1991AdelaidaA.SennaMcLarenA.SennaMcLaren
04.11.1990AdelaidaA.SennaMcLarenN.PikeBenetton
05.11.1989AdelaidaA.SennaMcLarenT.ButsenWilliams
13.11.1988AdelaidaA.SennaMcLarenA.ProstMcLaren
15.11.1987AdelaidaG.BergerFerrariG.BergerFerrari
29.10.1986AdelaidaN.MənsellWilliamsA.ProstMcLaren
03.11.1985AdelaidaA.SennaLotusK.RosberqWilliams

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 469
Teqlər , ,
Paylaş

logo