İspaniya-2017: Maraqlı statistika

İspaniya Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Lyuis Həmilton bu mövsüm üçüncü, karyerasında isə 64-cü poulunu qazanıb. Britaniyalı bu göstəriciyə görə reytinqdə üçüncüdür. Əgər daha bir poul qazanarsa, əfsanəvi Ayrton Sennaya çatacaq. Zirvəyə də az qalıb – Şumaxerin aktivində 68 poul var…

Yer Sürücü Poul sayı
1 Mixael Şumaxer 68
2 Ayrton Senna 65
3 Lyuis Həmilton 64
4 Sebastyan Fettel 47
5 Cim Klark, Alen Prost 33

 

Lyuis Həmiltonun Barselonada qazandığı poul britaniyalı sürücülər üçün 250-ci,  Mercedes motorları üçün 160-cı və yeni turboerada Mercedes AMG komandası üçün 60-cı olub.

Lyuis Həmilton Barselonada ardıcıl beş il yarışa ilk cərgədən başlayan iki sürücüdən biridir. Digəri isə Mixael Şumaxerdir (2000-2004-cü illər).

Əvvəlki dörd ildə Mercedes AMG komandası İspaniyada yarışa ilk cərgədən başlamışdısa da, bu dəfə Sebastyan Fettel ikinci olaraq “ənənəni pozub”.

Felipe Massa 2009-cu ildən bəri ilk dəfə Barselonada sıralanma turunda komanda yoldaşını qabaqlayıb.

 

YARIŞ

Lyuis Həmilton karyerasında 55-ci qələbəsini qazanıb və ümumi qələbə sayına görə ikinci yerdə mövqeyini möhkəmlədib. Mixael Şumaxerə çatmaq üçün hələ çox var…

Yer Sürücü Qələbə sayı
1 Mixael Şumaxer 91
2 Lyuis Həmilton 55
3 Alen Prost 51
4 Sebastyan Fettel 44
5 Ayrton Senna 41

 

Yarışa pouldan başlayan, sürətli dövrəni vuran və qalib gələn Lyuis Həmilton bu mövsüm ikinci, karyerasında isə 12-ci het-trikə imza atıb. Lyuis bu göstəriciyə görə də yalnız Mixael Şumaxerdən (22) geri qalır.

Yarışı ikinci yerdə başa vuran Sebastyan Fettel bu mövsüm bütün yarışlarda podiuma çıxa bilib. Bu, alman sürücünün karyerasında 91-ci podiumudur və ümumi reytinqdə beşincidir.

Yer Sürücü Podium sayı
1 Mixael Şumaxer 155
2 Lyuis Həmilton 108
3 Alen Prost 106
4 Fernando Alonso 97
5 Sebastyan Fettel 91

 

Yalnız iki sürücü – Sebastyan FettelLyuis Həmilton geridə qalan beş yarışda bütün məsafəni qət edib.

Yarışda üçüncü olan Daniel Rikkardo bu il ilk dəfə podiuma yüksəlib.

Barselonada yarışda cəmi üç sürücü bütün yarış məsafəsini qət edib, digərləri isə ən azı 1 dövrə geri qalıblar. Belə hal son dəfə 2008-ci ildə keçirilən Britaniya Qran Prisində baş vermişdi, həmin yarışda da Lyuis Həmilton qalib gəlmişdi.

Force İndia bu mövsüm geridə qalan bütün yarışlarda hər iki sürücüsü ilə xal qazana bilən yeganə komandadır. Yarışda dördüncü olan Serxio Peres xal qazanma seriyasını 15 yarışa yüksəldiib. Esteban Okon beşinci olaraq karyerasında hələ ki, ən yüksək yeri tutub. Force İndia da İspaniyadakı ən yaxşı nəticəsini göstərib.

Səkkizinci olaraq karyerasında indiyə qədər ən yaxşı nəticəni əldə edən Paskal Verlyayn komandasına bu mövsümdə ilk xalları qazandırıb.

12-ci yer – Fernando Alonso üçün İspaniyada 2001-ci ildən bəri ən pis nəticədir. Həmin il Minardi-də yarışan Fernando 13-cü yeri tutmuşdu. Buradakı son qələbəsinin üzərindən isə dörd il keçir. 2013-cü ildə Barselonada qazandığı zəfər Fernando Alonso üçün hələ ki, sonuncudur…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*