McLaren komandası gənc sürücülərə dəstək proqramına başlayıb

McLaren şirkətinin McLaren Applied Technologies (MAT) bölməsi gənc istedadlı sürücülərin Performance Academy dəstək proqramına start verib. Təşkilatın mətbuat relizində deyilir […]

McLaren şirkətinin McLaren Applied Technologies (MAT) bölməsi gənc istedadlı sürücülərin Performance Academy dəstək proqramına start verib. Təşkilatın mətbuat relizində deyilir ki, Akademiya gənc sürücülərə öz potensiallarını avtoidmanda reazlizə və inkişaf etdirməyə kömək üçün nəzərdə tutulub.

McLaren komandasının Uokinqdəki Texnoloji mərkəzində yerləşən Akademiyaya 13-17 yaşında 20 gənc sürücü dəvət olunacaq və onlar xüsusi proqramla təhsil alacaqlar. Seçim təcrübə və nailiyyətlər əsasında aparılacaq, amma hər bir sürücünün MSA Britaniya lisenziyasının olması vacibdir.

Kleyton Qrin, proqramın rəhbəri:McLaren Applied Technologies fəxr edir ki, Performance Academy təhsil ocağını təsis edib. UK SportTeam GB kollektivləri ilə əməkdaşlıq sayəsində MAT idman nəticələrinin ölüçlməsi və yaxşılaşdırılmasının nadir və innovasiyalı üsulları işlənib hazırlanıb. Bu təcrübədən gənc istedadlı sürücülərin inkişafında istifadə olunacaq.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*