Silverstounun yeni döngələri adlarını alıblar

Əfsanəvi Britaniya avtodromunun yeni konfiqurasiyasının rəsmi açılışından sonra yeni Arena sahəsinin döngələrinə verilən adlar açıqlanıb – Village, The Loop, Wellington […]

Əfsanəvi Britaniya avtodromunun yeni konfiqurasiyasının rəsmi açılışından sonra yeni Arena sahəsinin döngələrinə verilən adlar açıqlanıb – Village, The Loop, Wellington Straight və Aintree. Klassik trası Abbey döngəsində tərk edən sürücülər sürətli Farm (Ferma) döngəsindən yavaş sağ Village (Kənd) döngəsinə düşəcəklər – ötmələr üçün yaxşı yerdir. Daha sonra yeni sahənin ən yavaş Loop (İlmə) gəlir və qısa düz yola çıxarır.

Növbəti sol döngə digər Britaniya trasının adını daşıyır – Liverpulun artıq mövcud olmayan Aintree trasının. Bunu arxada qoyan sürücülər Wellington Straight-ə (Vellinqton düzlüyü) çıxırlar – bu düzlük əvvəllər klub yarışları üçün istifadə olunurdu və Milli düzlük adlanırdı. Bundan sonra isə sürücülər yenilənmiş Brooklands döngəsinə düşürlər – burada isə köhnə və yeni Silverstoun bir-birinə qovuşur.

Yenilənmiş trasda dünya çempionu Dəymon Hill ikiyerli formula maşınnında şahzadə Əndryunu “gəzdirib” – finişdə isə üçqat dünya çempionu Ceki Stüart damadama bayraq yelləyib. Bundan sonra Dəvid Kulthard Red Bull-un sükanı araxsında yeni konfiqurasiyanı yoxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*