G.Ştayner: İlk yeniliyi İspaniyaya gətirəcəyik

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, ilk yeniliklərini İspaniyaya gətirəcəklər.

F-1.az xatırladır ki, Haas əksər hallarda mövsümə bir ya da iki yenilik gətirir. Buna görə də mövsümə yaxşı başlayıb, sonra geriləyirlər. Amerika komandası keçən mövsümə də bir yenilik gətirmişdi.

Günter Ştayner: “Barselona üçün yeniliklər planlaşdırırıq. Bunun üzərində işləyirik. İstehsala başlamamışdan əvvəl aerodinamik boruda nəticələrə baxmalıyıq. Əgər hər şey planlaşdırdığı kimi getsə, ilk yeniliyi Barselonaya gətirəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*