P.Verlyayn: “Force İndia-nın qərarı mənə maraqlı gəlir”

Paskal Verlyayn Force İndia-nın onu deyil, Okonu seçməsinin səbəbləri ilə maraqlandığını etiraf edib.

F-1.az xəbər vermişdi ki, Force İndia Esteban Okonun gələn il komandada yarışmasını rəsmən elan edib. Verlyayn da Force İndia ilə testlərdə iştirak etmişdi və Hülkenberqi əvəzləmək üçün əsas namizədlərdən biri kimi göstərilirdi.

Paskal Verlyayn: “Belə bir qərar vermələrinin səbəbinin test və ya başqa şey olduğunu bilmirəm. Əlbəttə, onlardan bunun səbəbini, ya da nə baş verdiyini soruşacam. Sükan arxasında gördüyüm işlərdən razıyam. Bir fürsəti əldən verdim, lakin dünyanın sonu deyil”.

Verlyayn qərarın Force İndia tərəfindən verildiyini bildirib. Alman sürücü bu il dəfələrlə sıralanma turunda ikinci seansa keçib, Avstriya Qran Prisində isə komandasına mövsümdə hələ ki, yeganə olan xalı qazandırıb. Okon isə Belçika Qran Prisindən etibarən Rio Haryantonu əvəz etmiş, yaxşı çıxış etməsinə baxmayaraq, Verlyayndan geri qalıb.

Bu qərarın ədalətli olub-olmaması ilə bağlı suala Paskal belə cavab verib: “Bu suala cavab vermək istəmirəm, çünki mənim üçün pis olar. Heç nəyi dəyişdirə bilmərəm. Etməli olduğum yeganə şey yarışlarda maksimum performans göstərməkdir. Bu mövzu ilə bağlı bir çox şey eşitdim. Hətta siz də bu sualları verirsiniz. Deməli, hətta siz də qərarın ədalətsiz olduğunu düşünürsüz. Keçə biləcəyim başqa komanda qalmayıb və Manor-da qalmaqdan məmnunam…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*