Silverstounda iki yeni tribuna peyda olacaq

Silverstounda Böyük Britaniya Qran Prisi zamanı anşlaq olması artıq heç kimdə şübhə doğurmur, keçən il tribunalar tam dolu idi, indi […]

Silverstounda Böyük Britaniya Qran Prisi zamanı anşlaq olması artıq heç kimdə şübhə doğurmur, keçən il tribunalar tam dolu idi, indi isə bilet satışının səviyyəsi keçən illə müqayisədə 10% çoxdur. Artan tələbatı ödəmək üçün təşkilatçılar 3500 tamaşaçı üçün nəzərdə tutulmuş iki yeni trubinaya da bilet satışının başlanmasını elan ediblər.

Riçard Fillips, avtodrumun icraçı direktoru: “Keçən il biz uik-endin bütün üç günündə fantastik sayda tamaşaçı gördük, tamaşaçı marağı hər şeydən üstündür. Tribunaların tutumunun artımı daha çox azarkeşə Silverstounun atmosferini duymağa imkan verəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*