E.Okon rəqiblərinə təriflər yağdırıb

Renault komandasının sürücüsü Esteban Okon komanda yoldaşı Daniel Rikkardoya və ikiqat Dünya Çempionu Fernando Alonsoya təriflər yağdırıb.

F-1.az xatırladır ki, fransalı sürücü bu mövsüm birillik fasilədən sonra Renault ilə Formula1-ə qayıdıb.

Esteban Okon: “Rikkardoya oxşadığımı hələ bilmirəm. Bu barədə danışmaq üçün hələ tezdir. Barselonadakı qış testlərində ona yaxın idim. Ancaq onun kimi sürücü ilə işləmək əla fürsətdir. Nəticədə o poullar və qələbələr qazanıb. Ən yaxşı sürücülərdən biri ilə yarışıb özümün tam gücünü öyrənəcəm. Ümid edirəm ki, yaxşı nəticələr alaram.

Fernando Alonso ilə çox mübarizə aparmışam. 2017-ci ildə onunla çoxlu mübarizəmiz olmuşdu. Ötmə ilə bağlı və ya ani qərarlarda çox güclü idi. Onunla yarışmaq çox gözəl idi. Həmişə ədalətli rəqabət olurdu. Getməsinə çox məyus olmuşdum. Gələcəkdə nə edəcəyini bilmirəm, amma ümid edirəm ki, qayıdar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*