S.Fettel futbolçularla görüşüb (video)

Kanada Qran Prisindən sonra Sebastyan Fettel New York Red Bulls futbol komandasının oyunçuları ilə görüşüb, bu klubda fransalı Tyeri Anri […]

Kanada Qran Prisindən sonra Sebastyan Fettel New York Red Bulls futbol komandasının oyunçuları ilə görüşüb, bu klubda fransalı Tyeri Anri çıxış edir. Görüş barədə almaniyalı sürücü bu gün rəsmi bloqunda ətraflı məlumat verib…

Sebastyan Fettel: “Salam! Uzun Kanada yarışından sonra mən evə qayıtmadım, Amerikanı gəzməyə yollandım. Biz New York Red Bulls komandası ilə Nyu Cersidə məşq bazasında görüşdük. Mənim futboldan həmişə xoşum gəlib, özüm də həvəskar səviyyədə oynayıram, ona görə də peşəkar futbolçularla bir meydanda məşq etmək imkanından böyük həzz aldım.

Dərhal etiraf edim ki, mən onlara çata bilmirdim – onlar məndən çox sürətlidirlər. Həm də belə ustalarla oynamaq, bizim sürücülərlə futbol oynamaq deyil. Yaxşı ki, hamı mənə qarşı səmimi idi.

Mən fiziki məşqlərimi başqa proqram üzrə keçirəm, amam bu dəfə bir neçə maraqlı hərəkət gördüm, indi bu hərəkətlərdən öz proqramımda istifadə edəcəm. Xüsusən də sürət və reaksiyanı artıran hərəkətlər sürücülər üçün vacibdir.

Komanda mənim çox xoşuma gəldi – biz birinci dəfə görüşürdük, amma onlar məni gülərüzlə qarşıladılar. Mənim üçün daha bir əlamətdar hadisə – Tyeri Anri ilə görüş oldu.

Bu insan hər bri futbolçunun arzuladığı zirvələrə yüksəlib, ona görə də onunla danışmaq, hətta top qivmaq imkanı mənim üçün arzumun gerçəkləşməsi oldu. Ümid edirəm ki, Tyeri də mənim bir yarışıma gələcək və mən də ona öz dünyamızı göstərəcəm. O nə zaman gəlmək istəsə, mən onu qəbul etməyə həmişə hazıram.

Mən vaxtımı əla keçirdim, təəssüf ki, hər şey tezliklə baaş çatdı. New York Red Bulls-un bütün oyunçuları futbola sadiqdirlər. Məncə, onların uğurunun səbəbi də budur. Nə ilə məşğul olursunuzsa, olun, amma gərək ona sadiq olasınız.

Təəssüf ki, komandanın rəsmi oyununa baxa bilmədim, amma əminəm ki, gələn il bunu edə biləcəm. Gələn Formula1 ABŞ-a qayıdır və deməliyəm ki, mən buna çox şadam. Amerikalılar üçün avto yürüşlər din kimidir, NASCAR və digər seriyaların azarkeşləri avtoidmana çox sadiqdirlər.

Ona görə də mən gələcək Qran Pridə əvvəllər İndianapolisə gələn azarkeşləri də görməyə ümid edirəm, eləcə də yeni azarkeşləri də. Yeni trasda ilk dövrələri tez bir zamanda vurmaq istəyirəm. Amma hələ bir il gözləməliyik – bu vaxtı yaxınlaşdırmağın yolunu isə bilmirəm.

Hərçənd, indi bütün diqqətim cari mösvümün qarşıdakı yarışlarına cəmlənib – titul qazanma üçün əlimdən gələni edəcəm.

Gələn dəfə Valensiyadan yazacam!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*