S.Fettel qayıdır?

Sabiq Formula1 sürücüsü Sebastyan Fettel bildirib ki, Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu keçən ilin sonunda Formula1-dən ayrılmışdı. O, karyerasının sonlarında istədiyi nəticələri əldə edə bilməsə də, idmana olan sevgisinin həmişə qaldığını demişdi.

Sebastyan Fettelin idmana qayıdacağı ilə bağlı söz-söhbətlər var. Bu barədə hər ay bir xəbər çıxır. Almaniyalı sürücünün də adı tez-tez Audi ilə hallanır.

Sebastyan Fettel: “Buna yox demirəm, çünki gələcəkdə nə olacağını bilmirəm. Məncə, keçmişdə qayıtmaq ehtimalı olan sürücülərdən müsahibə alanda çoxu ya yox deyib, ya da bilmirəm deyib. Lakin sonda hamısı qayıtdılar. Yəni ki, bu ehtimalı gözardı etmirəm.

Bu, alacağım təklifdən asılıdır. Lakin həyat sonsuz deyil. Hazırda 36 yaşım var və on il ərzində qayıdacağımı deyə bilmərəm. Doğru zamanda qayıda bilərəm, amma bu qərar həyatımdakı problemlərdən asılıdır. Hazırda qayıtmaq fikrim yoxdur”.

Sebastyan Fettel əlavə edib ki, doğru şərtlərdə qayıdacaq. O, zədələnmiş sürücüləri əvəz etməyəcək: “Sadəcə mən istəsəm, qayıdaram. Biri zədələnəndə və onu əvəzləmək lazım olanda yox. Belə halda qayıtmayacağam. Hazırda boynum yüksək sürətə hazır deyil. Lakin bunu saymasaq, hər şey qaydasındadır. Fiziki cəhətdən yaxşı vəziyyətdəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*