Şənbə gününün ilk yarısında Ojye liderliyini qoruyub

Safari Rallisində şənbə günü səhər sessiyası geridə qalıb. Sebastyen Ojye bir az vaxt itirsə də, liderliyini qoruyub.

F-1.az xatırladır ki, fransalı sürücü günə 22.7 saniyə öndə başlamışdı. Onsuz da Safari Rallisi həmişə çətin şəraiti ilə seçilib. Səhər yağan yağış sürücülərin işini lap çətinləşdirib. Bütün etapıar palçığa bürünüb. Belə hava şəraitində isə Kalle Rovanpera ön plana çıxsaraq, əbəs yerə Dünya Çempionu olmadığını isbatlayıb. Finlandiyalı sürücü Ojye ilə fərqi 22.7 saniyədən 22.1 saniyəyə qədər azaldıb.

Hyundai komandasından Esapekka Lappi isə 1.18.4 dəqiqə geridə üçüncülüyə yüksəlib. Su ilə dolu çökəyə düşən Elfin Evans isə 4-cü yerə geriləyib. Toyota komandasından Takamoto Katsuto 5-ci, Hyundai-dan Dani Sordo 6-cı, Kabus kimi həftə sonu keçirən Ott Tanak isə 7-ci yerdədir. 8-ci yerdə Pyer Lui Lube, 9-cu yerdə isə ralliyə geri qayıdan Hyundai sürücüsü Tyerri Növill qərarlaşıb.

Etapda ən çox problem yaşayan sürücü isə Ott Tanak olub. Onun siləcəklərinin suyu bitdiyi üçün şüşəsini təmizləyə bilməyib və yolu görə bilməyib.

Ott Tanak: “Etapı keçmək asan olmadı. hər yer palçıq idi və siləcəklərimin suyu tükəndi. Son 20 kilometrdə heç nə görə bilmirdim. Safari Rallisi belə olar”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*