Safaridə heyvanlar Toyota-nın köməyinə çatıb

Safari Rallisində lider dəyişib. Rallinin ən böyük əfsanələrindən biri olan Sebastyen Ojye liderliyə yüksəlib.

F-1.az xatırladır ki, fransalı sürücü cümə gününə Ott Tanakdan 0.1 saniyə geridə başlasa da, hazırda komanda yoldaşı Kalle rovanperanı 2.5 saniyə qabaqlayaraq, liderliyə yüksəlib. Üçüncü yerdəki Elfin Evans isə Ojyedən 19.5 saniyə geridə qalır. Dördüncü yerdəki Tyerri Növill isə liderə 21.5 saniyə uduzur.

Günə yaxşı başlayan Ott Tanak isə hazırda doqquzuncu yerdədir və Ojyeyə 2 dəqiqə 26 saniyə uduzur. Bunun əsas səbəbi isə onun donuz və zebr sürüləri ilə qarşılaşması olub. Bundan başqa estoniyalı sürücünün təkəri də partlayıb.

Keçən Rallinin qalibi Tyerri Növillin kokpitinə isə arı girib və belçikalı sürücünün diqqətini dağıdıb. Növyilin də maşınında təkər partlaması olub.

Ott Tanak etapdan sonra fikirlərini bölüşüb: “Elə bil heyvanxanada maşın sürürəm. Əvvəlcə donuz gördük, sonra isə dünya-aləm vecinə olmayan zebr sürüsü ilə rastlaşdıq”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*