H.M.Latvala: Rovanpera özünə gəldi

Toyota komandasının rəhbəri Hari-Matti Latvala bildirib ki, Kalle Rovanpera axır ki, köhnə motivasiyasına qovuşub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il çıxdığı 4 rallidən də qələbəsiz ayrılmışdı. Lakin keçən ilin Dünya Çempionu Portuqaliyada sözün əsl mənasında masterklass göstərib. O, ilk gün yolu açanlardan biri olmasına baxmayaraq, cümə günü 10.8 saniyə fərqlə lider olub. Kalle şənbə günü bu fərqi 57.5 saniyəyə qədər qaldırıb. O, bazar gününü qənaət rejimində sürüb və rallini 54.7 saniyə fərqlə qazanaraq, aktivinə 30 xal yazdırıb. Bu, eyni zamanda Kallenin mövsümdəki ilk qələbəsidir.

Hari-Matti Latvala: “Əlbəttə, çempion olduqdan sonra motivasiyanızın itməsi labüddür. Başqa faktorlar da var. Məsələn, mövsüm ərzində yoldakı vəziyyətinə görə bəxti gətirmirdi və maşın 100 faiz potensialında işləmirdi. Ancaq Portuqaliyada onun başqa səviyyədə olduğunu əvvəldən hiss ermişdim”.

Qeyd edək ki, Rovanpera bu qələbədən sonra turnir cədvəlində liderliyə yüksəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*