E.Evans Finlandiya Rallisinin qalibi olub

Toyota komandasının sürücüsü Elfin Evans Finlandiya Rallisini böyük fərqlə qazanıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2021-ci ildən sonra finlandiyada yendən qalib gəlib. Onun qələbəsində Rovanperanın aşmasının da rolu var, çünki gənc sürücü şənbə günü lider gedərkən, qəza etmiş və ralli ilə vidalaşmışdı.

Bundan sonra lidelriyi ələ alan Evans ən yaxın rəqibi Terri Növillə 39.1 saniyə fərq ataraq, rallini qazanıb. Evans Rally1 erasına yaxşı başlamamış və 2022-ci ili qələbəsiz bağlamışdı. Lakin 24 yaşlı sürücü bu il 2 Ralli qazana bilib.

Terri Növil isə ikinci olaraq, çempionatın lideri Rovanpera ilə fərqi bir az azaldıb. O, ralli ərzində Evansa yaxın dura bilməyib və podiumun ikinci kürsüsünə razı olub. Üçüncü yeri isə Takamoto Katsuta tutub. Yaponiyalı sürücü uzun müddətdən sonra podiuma yüksəlib.

Qeyd edək ki, Katsuta son dəfə Yaponiya Rallisində podiuma yüksəlmişdi. O, şənbə günü yerində fırlansa da, başqa səhv etməyib və karyerasının dördüncü podiumunu əldə edib.

Teemu Sunninen isə yaxşı çıxış etdiyi rallidə 4-cü olub. O, bir ara üçüncü yerə qədər yüksəlsə də, sonda podiumsuz qalıb.

Beşinci yeri isə bu həftə uzun müddətdən sonra ralliyə qayıdan Hari-Matti Latvala tutub. Karyerası ərzində 18 ralli qazanmış Latvala ilk Rally1 təcrübəsindən üzüağ çıxıb.

İlk onluqda başqa Rally1 sürücüsü olmayıb. Yarışın əsas favoritlərindən olan Kalle Rovanpera, Ott Tanak və Esapakki Lappi mübarizəni dayandırıb. Bu mövsüm qeyri-stabil çıxış edən Pyer-Lui Lyube də rallini bitirə bilməyib.

Bundan WRC2 sürücüləri maksimum istifadə ediblər. Beş WRC2 sürücüsü rallini xalla bitirib.

Finlandiya Rallisindən sonra Kalle Rovanpera 170 xalla liderliyini qoruyub. Elfin Evans isə bu qələbədən sonra xalını 145-ə yüksəldib və ikinci yerdədir. Üçüncü yerdəki Terri Növilin 134 xalı var. Ott Tanak 104 xalla dördüncü yerdə qərarlaşıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*