Ojye Safari Rallisinin son gününə lider başlayacaq

WRC üzrə Safari Rallisində şənbə günü geridə qalıb. Ojye liderliyini qorusa da, Kalle Rovanpera təcrübəli rəqibinə yaxınlaşıb.

F-1.az xatırladır ki, Sebastyen Ojye şənbə gününə 22.8 saniyə pndə başlayıb və gün ərzində bu üstünlüyünü qoruyub. Ancaq günün son etapında bərk yağış başlayıb. Rovanpera mükəmməl performans göstərərək, 13 saniyə fərqlə etapda qalib gəlib.

Finlandiyalı sürücü bu etapda əfsanəvi Ojyedən 15 saniyə alıb. Hazırda iki sürücü arasında 16.7 saniyə gərq var. Bu da onu göstərir ki, bazar günü bizi maraqlı mübarizə gözləyir.

Toyota-dan Elfin Evans isə 13-cü etapda çətin hava şəraitində komanda yoldaşı Takamoto Katsutanı geridə qoyub və üçüncü yerə yüksəlib. Hyundai komandasından Dani Sordo isə 5-ci yerdədir. O, liderə 3 dəqiqə 52 saniyə uduzur.

M-Sport-dan Ott Tanak və Pyer-Lui Lube altıncı və yeddinci yerdədirlər. Tyerri Növill isə rallini 9-cu yerdə aparır.

Hyundai komandasından Esapekka Lappi isə 11-ci etapda mexaniki problemə görə mübarizəni dayandırıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*