Evans xaotik cüməni öndə bitirib

Yaponiyda Dünya Ralli Çempionatının (WRC) builki sonuncu mərhələsi başlayıb - dünən tamaşaçılar qarşısında şeykdaun keçirən sürücülər bu gün meşə yollarında 6 dopda mübarizə aparıblar.

F-1.az xəbər verir ki, mübarizə tam alınmayıb. İlk dop əfsanəvi İseqami tunelindən keçib – 1897-ci ildə tikilmiş uzun və ensiz tunel müasir maşınlar üçün əsl imtahana çevrilib. Maşınların arxasından qalxan toz isə digər sürücülər üçün əlavə maneəyə çevrilib.

Düz tunelin çıxışında Avropa çempionu Ketan Kaetanoviç qəzaya uğrayıb. Amma dopda mübarizə başqa səbəb üzündən dayandırılıb – Dani Sordonun Hyundai maşını tam yanıb.

Xilasetmə işlərinə görə, növbəti dop da təxirə salınıb. Qeyd edək ki, peleton geri qayıdarkən İseqami tuneli marşrutdan çıxarılıb. Geri qayıdarkən sonuncu dop da təxirə salınıb – səhər bu dopda Kreyq Brin Ford-la qəzaya uğradığı zaman bayerləri ciddi zədələyib.

Bu qədər hadisədən sonra Toyota-dan Elfin Evans günü lider qismində bağlayıb – britaniyalı sürücü yekun protokolda Hyundai-dən Tyerri Növilli cəmi 3 saniyə qabaqlayıb.

Komanda yoldaşına cəmi 5.1 saniyə uduzan yeni dünya çempionu Kalle Rovanpera hələlik üçüncüdür – bu gün rəsmən protokollaşan 4 dopun hamısını Toyota sürücüləri qazanıblar: Elfin və Kalle hərəyə iki dop qazanıblar.

Hyundai ilə son yarışına çıxan Ott Tənak hələlik 4-cüdür (+13.9). Yerli azarkeşlərin sevimlisi Takamoto Katsuta Toyota ilə 5-cidir (+20.6).

Dünən şeykdaunu qazanan Sebastyen Ojyenin ilk dopda təkəri deşilib, daha sonra isə qapısını baryerlərə çırpan fransalı əfsanə hələlik ilk onluğu tamamlayır.

Sabah ralli 7 dopla davam edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*