F-1.az xəbər verir ki, yarışın qalibi faktiki olaraq dünən axşam məlum olub. Ötürmələr qutusunun qırılması üzündən Kris Mik mübairzədən kənar qaldıqdan sonra Ojyenin əsas rəqibi komanda yoldaşı Andreas Mikkelsen üzərində üstünlüyü iki dəqiqəyə çatmışdı. Ojyenin sözlərinə görə, son günü onun əsas vəzifəsi sadəcə finişə çatmaq olub…
Sebastyen Ojye: “Bu inanılmazdır! Bu ralli mənim üçün mövsümdə xüsusi əhəmiyyət kəsb edir. Çox şadam ki, yenə də mövsümə burda qələbə ilə başlayıram. Belə çətin rallidə dördüncü qələbəmə çox sevinirəm. Bütün komandama təşəkkür edirəm, maşın əla idi, Volkswagen üçün növbəti qələbəni qazandırmağa şadam”.
Ojyenin bu gün qələbə uğrunda rəqibi olmasa da, ikinci yer uğrunda gərgin mübarizə gedib. Tyerri Nevill son 3 sahədən əvvəl Andreasla fərqi 10 saniyəyə endirsə də, son sahələrdə bəxti gətirməyib və geri qalıb.
Mövsümün növbəti yarışı fevralın 11-dən 14-dək İsveçdə keçiriləcək…
Yer | Sürücü | Avtomobil | Zaman/Fərq |
1. | ![]() |
Volkswagen Polo R WRC | 3:49.53,1 |
2. | ![]() |
Volkswagen Polo R WRC | + 1.54,5 |
3. | ![]() |
Hyundai i20 WRC | + 3.17,9 |
4. | ![]() |
Ford Fiesta RS WRC | + 4.47,7 |
5. | ![]() |
Citroen DS3 WRC | + 7.35,6 |
6. | ![]() |
Hyundai i20 WRC | + 10.35,5 |
7. | ![]() |
Ford Fiesta RS WRC | + 11.39,9 |
8. | ![]() |
Ford Fiesta R5 | + 18.30,8 |
9. | ![]() |
Skoda Fabia R5 | + 20.41,0 |
10. | ![]() |
Volkswagen Polo R WRC | + 20.43,9 |