10 Dekabr 2018, Bazar ertəsi - 08:19

HyperSoft təkərlər Monakoda nə qədər fərq yaradacaq?

HyperSoft təkərlər Monakoda nə qədər fərq yaradacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

14:13 - 01 Aprel, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, HyperSoft təkərlər Monakoda nəticələri 0.7 saniyə yaxşılaşdıracaq.

F-1.az xatırladır ki, bu il tərkiblər keçənilkinə nisbətən yumşaq olduğu üçün həm Barselonadakı testlərdə, həm də Avstraliyadakı yarışda dövrəvi nəticələr yaxşılaşmışdı.

Mario İzola: “Monakoda sürücülər mexaniki asfaltla ilişməyə sahib olurlar və buna görə də daha yumşaq tərkiblərlə üstünlük qazanacaqlar. Böyük ehtimalla dövrəvi nəticələr yaxşılaşacaq. Monako mükəmməl trasdır və orada qalb gəlmək hər sürücü üçün xüsusidir. Biz də əlimizdən gəldikcə onlara gözəl şərait hazırlamağa çalışırıq. Digər traslarda HyperSoft təkərlər fərqli reaksiyalar göstərə bilər, ancaq Monakoda 0.7 saniyə fərq gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 144
Teqlər , , , ,
Paylaş

logo