Saxir Bəhreyn Qran Prisinə hazırlaşır

Bəhreyn Qran Prisinin taleyi üzrə narahatlığın artmasına baxmayaraq, yarışın təşkilatçıları bildiriblər ki, Saxir avtodromu Formula1 yarışını keçirməyə hazırdır. Yerli The […]

Bəhreyn Qran Prisinin taleyi üzrə narahatlığın artmasına baxmayaraq, yarışın təşkilatçıları bildiriblər ki, Saxir avtodromu Formula1 yarışını keçirməyə hazırdır.

Yerli The Gulf Daily News qəzetində yarışa hazırlığın tam qrafikə uyğun getdiyi bildirilir, eyni zamanda ətrafda baş verən kütləvi iğtişaşlardan bir kəlmə belə yazılmayıb. Qəzetin bildirdiyinə görə, avtodromun əməkdaşları fəxri qonaqlar üçün nəzərdə tutulmuş paddok klubun və 47 VİP zonanın tozunu artıq təmizləyiblər.

Qəzet yazır: “Tamaşaçılar üçün ayrılmış 45 min oturacaq da tam hazırdır – 11 min tamaşaçı baş tribunada oturacaq, buradan start sahəsi, finiş xətti, pit-leyn və podium əla görünür.”

Beynəlxalq mətbuatın ölkəyə könülsüz getməsi xəbərlərinə baxmayaraq, məqalədə 500 jurnalist və 120 fotoqraf üçün avtodromun mətbuat mərkəznin də hazırlanması bildirilir, teleradiodepartamentdə isə 260 şirkətin şərhçi və çəkiliş qrupları yerləşəcək.

Verilən xəbərə görə, qoruyucu baryerlərin, qoruyucu təkər lentlərinin, təhlükəsizlik zonalarının vəziyyəti yoxlanılıb və tam hazır vəziyyətə gətirilib.

İstənilən halda, hadisələrin inkişafından asılı olmayaraq, bu işlərin görülməsi zəruri idi və şübhə yoxdur ki, Saxir avtodromu həqiqətən Formula1 yarışını qəbul etməyə hazırdır. Amma Formula1 Bəhreynə gedəcəkmi? Buna hazırdırmı? Bütün bu suallara həftənin sonunda cavab alacayıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*