T.Volff: “Zəif yönlərimizi tapmışıq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, geri qalmaqlarının səbəbini anlayıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” idmanda turboera başladıqdan sonra ilk dəfə mövsümə bu cür zəif start veriblər və 7 yarışda cəmi iki qələbə qazana biliblər.

Toto Volff: “Kanadada gözləntilərimiz qarşılanmadı. Keçmişdə Monrealda qələbə uğrunda mübarizə aparsaq da, həftəsonu ərzində zəif idik. Həftəsonunu təhlil etdik və zəif tərəflərimizi tapdıq. Lakin bu hal xal itirdiyimiz reallığı dəyişmir. Bu il gərgin mübarizə var və qələbə qazanmaq üçün həftəsonu ən ideal formada olmalıyıq. Bu il həyəcanverici mübarizə var və bunun üçün var qüvvəmizlə yarışmalıyıq. Bu komanda keçmişdə böyük əngəlləri dəf etdi və indi də var qüvvəmizlə işləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*