Volff Harvardda mühazirə deyəcək

Mercedes-in həmsahibi və komanda rəhbəri Toto Volff Harvard Biznes Məktəbində professor Anita Elberslə yanaşı qonaq mühazirəçi olacaq.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis yüksək effektiv liderlik, təşkilatçılıq mədəniyyəti və şəxsi effektivlik haqqında biliklərini MBA tələbələri ilə bölüşəcək. 2021-ci ildə Harvard Biznes Məktəbinin professoru Anita Elbers Mercedes komandasına giriş əldə edib, bu vasitə ilə yarışlara hazırlıq və iştirak, eləcə də çıxışların təhlilinə nəzarət edib. Elbers Harvard Biznes Məktəbində “Toto Volff və Mercedes Komandası” adlı araşdırma aparıb.

Bundan əlavə, Albers və Volff Harvard Business Review aylıq nəşrində “Formula1-də Nömrə 1” adlı məqalə üzərində əməkdaşlıq ediblər. Burada professor liderlərə qalib mədəniyyəti inkişaf etdirməyə kömək etmək üçün altı mühazirədə Volffun liderlik fəlsəfəsini ortaya qoyub.

2024-cü ilin yanvar ayında Toto və Anita MBA birinci və ikinci kurs tələbələri üçün “Formula1-də Mercedes: Yüksək Performanslı Komandaya rəhbərlik” adlı təməlqoyma qısa kursunu təqdim edəcəklər.

Toto Volff: “Mən Harvardda inanılmaz dərəcədə parlaq gənc ağıllarla işləməyə davam etməkdən şərəf duyuram və bunu imtiyaz hesab edirəm. Hər dəfə kampusa gələndə tələbələrin maraq və ambisiyalarından ilhamlanıram və onların görkəmli professor-müəllim heyəti ilə birlikdə yaratdığı xüsusi öyrənmə mühitindən təsirlənərək ayrılıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*