Şarl Lekler yeni mövsümə hazırlaşır

Ferrari-nin sürücüsü Şarl Lekler yeni Formula1 mövsümünə hazırlığının necə getdiyini izah etdiyi və göstərdiyi video yayımlayıb.

F-1.az xəbər verir ki, Leklerin məşq düşərgəsi Alp dağlarının mənzərəli Dolomit ətəklərində yerləşir, ona görə də keçənilki dünya vitse-çempionu təkcə idman zalında saatlarla deyil, həm də dağlarda aktiv idmanla məşğul olur.