Ş.Lekler: Poul qazanmaq həmişə xoşdur

F-1.az xəbər verir ki, monakolu sürücü Red Bull-ları üstələyərək poul qazanmasına təəccüblənsə də, cari mövsümdə altıncı dəfə buna nail olur.

Şarl Lekler: “Əlbəttə, poul əldə etmək hər zaman xoşdur, amma bu gün gözləmirdim. Çünki Red Bull ilk iki sessiyada daha sürətli idi. Onları üstələyə biləcəyimi düşünmürdüm, lakin son dövrədə hər şey qaydasında getdi və buna anil oldum.  Çox sevinirəm. Yarışı səbirsizliklə gözləyirəm. Lakin sabah təkərlərlə düzgün işləmək lazımdır, çox şey bundan asılı olacaq. Barselona və Monakoda təkərlərlə yaxşı işlədik və yeniliklərdən sonra daha da sürətləndiyimizə əminəm. Görək, bütün bunlar sabah yarışda bizə nə qədər kömək edir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*