15 Dekabr 2019, Bazar - 17:02

Ferrari-dən Fettelə zərbə

Ferrari-dən Fettelə zərbə

Müəllif: Rauf Hacıyev, redaktor

10:02 - 12 Fevral, 2019

AutoMoto nəşrinin verdiyi xəbərə əsasən Şarl Lekler yeni mövsemdə Sebastyan Fettelin mexanikləriylə işləyəcək. Almaniyalı sürücüyə isə Kimi Rəykkönenin keçənilki mexanikləri kömək edəcək.

F-1.az xatırladır ki, Fettel “qırmızılar”-ın heyətində beşinci mövsümünü keçirəcək, Lekler isə komandada debüt edəcək.

Ferrari bu dəyişikliklə bağlı planları təsdiqləyib. Qeyd edək ki, bu cür dəyişiklik 2016-cı ildə Mercedes-də edilmişdi. Niko Rosberqlə Lyuis Həmiltonun mexanikləri dəyişdirilmiş və mövsüm sonunda almaniyalı sürücü karyerasının ilk və tək çempionluğunu əldə etmişdi. İndi də belə görünür ki, Lekler dördqat Dünya Çempionu ilə işləyən komandayla çalışacaq. Bəzi iddialara əsasən Fettelin baş mühəndisi vəzifəsindən ayrılıb. Bolidin hazırlanmasına bir neçə gün qalmış gələn bu xəbər Ferrari üçün gözlənilməz olub. Lakin onun yerini doldurmaq İtaliya komandası üçün çətin deyil. Bəzi dedi-qodulara əsasən Fettellə mühəndisin arası Braziliyada kokpitdə qalan qayka açana görə dəyib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , ,
Paylaş

logo