Santander P.de la Rosanın şəxsi sponsorudur

Hamı bilirdi ki, Sauber komandasının Pedro de la Rosa ilə müqavilə bağlamasında marağı yalnız sürücünün təcrübəsinə bağlı deyildi – İspaniyanın […]

Hamı bilirdi ki, Sauber komandasının Pedro de la Rosa ilə müqavilə bağlamasında marağı yalnız sürücünün təcrübəsinə bağlı deyildi – İspaniyanın ən böyük bankı Santander Formula1-də milli sürücüləri aktiv dəstəkləyir. Bu gün Santander-in nümayəndələri rəsmən təsdiq ediblər ki, 2010-ci ildə Pedroya şəxsi sponsorluq edəcəklər…

Santander – Ferrari-nin əsas sponsorlarından biridir, qeyri-rəsmi məlumata görə, bankirlər Fernando Alonsonun keçidini də maliyyələşdiriblər və hətta onun əmək haqqını da ödəyəcəklər, amma bankın marağı ikiqat dünya çempionunu dəstəkləməklə məhdudlaşmır.

Mercedes GP komandası ilə müqavilə bağlamış Petronas neft şirkəti kimi sponsorunu itirən Sauber komandası maliyyə problemləri ilə üzləşib və Pedro de la Rosa ilə Santander-dən gəlmiş vəsait bu problemin bir hissəsini aradan qaldırıb.

Xuan Manuel Sendoyya, Santander-in vitse prezidenti: “Pedro bizim dostumuzdur, o McLaren-də işləyərkən hamıda xoş təəssüratlar yaradıb. Biz Sauber komandasını dəstəkləməyə hazır deyilik, amma şəxsən ispaniyalı sürücüyə dəstək olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*