24 May 2019, Cümə - 03:11

Avstraliya Qran Prisinin cədvəli təsdiq olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:47 - 26 Fevral, 2009

Keçən il təqvimdə ilk gecə yarışının Sinqapurda keçirilməsi çempionat rəhbərliyinin Avropadan uzaqlarda keçən digər yarışları da gecə vaxtına keçirmək arzusundan […]

Keçən il təqvimdə ilk gecə yarışının Sinqapurda keçirilməsi çempionat rəhbərliyinin Avropadan uzaqlarda keçən digər yarışları da gecə vaxtına keçirmək arzusundan irəli gəlmişdi. Yarışı gecə vaxtında keçirilmək təklifini Avstraliya Qran Prisinin təşkilatçıları da almışdılar, amma Melburnda aralıq variantı seçmişdilər – yarış axşama yaxın vaxtda baş tutacaq. Bu gün təşkilatçılar uik-endin cədvəlini rəsmən təsdiq ediblər, yerli vaxtla yarış saat 17:00-da start götürəcək…

Dryu Uord, Australian Grand Prix Corporation icraçı direktoru: “Sessiyaların başlama vaxtının dəyişdirilməsi imkan verir ki, cümə günü hadisələr işdən və dərsdən sonra baş versin, şənbə və bazar günləri isə günün sonunda.

Əvvəllər Avstraliya Qran Prisi günorta keçirilirdi, bu ildən isə lənç və günbatma arasında olacaq, bu isə azarkeşlərin xoşuna gələcək.”

Avstraliya Qran Prisinin uik-endinin cədvəli (Bakı vaxtılə):
27/03 – Birinci sərbəst yürüş – 05:30 – 07:00
27/03 – İkinci sərbəst yürüş – 09:30 – 11:00
28/03 – Üçüncü sərbəst yürüş – 07:00 – 08:00
28/03 – Sıralanma turu – 09:00 – 10:00
29/03 – Yarış – 11:00


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər
Paylaş

logo