S.Peres: “Hər şey birdən tərsinə döndü”

Force İndia komandasının sürücüsü Serxio Peres təkərlərdən narazı qalıb.

F-1.az xatırladır ki, Bakıda podiuma yüksələn meksikalı sürücü İspaniyada sıralanma turunda 15-ci yeri tutub.

Serxio Peres: “Şənbə günü mənim üçün pis keçdi. Birinci sessiyada bolid əla işlədi və təkərlərdən razı idim. Amma daha sonra hər şey tərsinə döndü. Bu çox qəribə idi. Çünki ikinci sessiyaya da eyni strategiya ilə başladıq və hər şeyin bu qədər dəyişməsini gözləmirdik. Bolidi yolda tutmaq mümkünsüz idi. Birinci sessiyadakı nəticəmə 0.4 saniyə uduzdum və belə halla bu mövsüm rastlaşmamışdıq. Yarış üçün hələ də ümidliyik. Yaxşı strategiya ilə gözəl nəticə ala bilərik. Onluğa düşmək üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*